0
Monday 29 March 2021 - 20:00

Dünyada maliyyə sistemi dəyişir - ABŞ üçün ciddi təhlükə

Story Code : 924127
Dünyada maliyyə sistemi dəyişir - ABŞ üçün ciddi təhlükə
Amerikanın dollardan dünya ölkələrinə qarşı bir təzyiq vasitəsi kimi istifadə etməsi Rusiya, Çin, İran və Türkiyənin dollara qarşı alternativ valyuta ardınca olmasına səbəb olub.

Rusiya xarici işlər naziri Sergey Lavrovun bir neçə gün öncə Çinə rəsmi səfəri zamanı Rusiya ilə Çin arasında ticarət əlaqələrində milli valyuta ilə yanaşı dollardan fərqli beynəlxalq pul vahidindən istifadə edilməsi də müzakirə edilib.

Qeyd edək ki, 2019-cu ilin iyul ayından etibarən Rusiya ilə Çin, 2019-cu ilin oktyabr ayından Rusiya ilə Türkiyə arasında ricatət mübadilələrinin milli valyuta ilə aparılması ilə bağlı müqavilə imzalanıb. Bundan cəmi bir ay sonra İran İslam Respublikası da ticarət əlaqələrində milli pul vahidindən istifadə olunmasına qərar verdiyini bildirib.

İran, Rusiya və Çin rəsmilərinin bir neçə gün öncəki görüşlərindən sonra bu prosesin daha da sürətlənəcəyi bildirilir.