0
Tuesday 30 March 2021 - 00:47

ABŞ-ın dövlət katibi Bin Salmana qatil deməkdən imtina etdi

Story Code : 924159
ABŞ-ın dövlət katibi Bin Salmana qatil deməkdən imtina etdi
Deyerler.org xəbər verir ki, Blinken CNN-ə verdiyi müsahibəsində aparıcının Bin Salmanın qatil olub-olmadığı ilə bağlı sualını şərh etməkdən imtina edərək, ABŞ hökumətinin keçən ay Camal Kaşıkçının qətli ilə bağlı yaydığı hesabata münasibət bildirib.

ABŞ-ın dövlət katibi Bayden administrasiyasının Məhəmməd bin Salmanı dolayı yolla cəzalandırmaq və Kaşıkçının qətlində iştirak edənlərə sanksiya tətbiq etmək qərarını dəstəkləməyə davam edib.

Blinken, ABŞ hökumətinin Kaşıkçı kimi insanları qadağan etmək üçün yeni addımına da toxunaraq, belə deyib: “ABŞ təkcə Səudiyyə Ərəbistanından deyil, hökumətlərinə qarşı çıxan bütün ölkələrdən insanların ABŞ-a girməməsini təmin edəcək”.

Blinken Bin Salmanı qatil adlandırmaqdan da çəkinib və Səudiyyə rejimi ilə münasibətləri yaxşılaşdırmağın lazım olduğunu vurğulayıb.

Lakin ABŞ hökumətinin martın əvvəlində Camal Kaşıkçının öldürülməsi ilə bağlı yaydığı bir hesabatda sui-qəsdin Məhəmməd bin Salmanın birbaşa əmrləri ilə həyata keçirildiyi göstərilir.

ABŞ Milli Kəşfiyyat İdarəsi tərəfindən yayımlanan hesabatda Məhəmməd bin Salmanın Camal Kaşıkçının həbs etmək və ya öldürmək üçün əməliyyat icazəsi verdiyi bildirilir. /Deyerler/