0
Tuesday 30 March 2021 - 11:46

Suriya rəsmisi Türkiyənin ölkəsindən çıxmasını tələb etdi

Story Code : 924236
Suriya rəsmisi Türkiyənin ölkəsindən çıxmasını tələb etdi
Bəsam Səbaq bu gün Suriya xalqının qarşılaşdığı sanksiyalar səbəbilə hədəfə alındığını vurğulayıb. O bildirib ki, mövcud vəziyyətdən ən çox ABŞ və Türkiyə yararlanmağa çalışır.

"Türkiyə xüsusilə ölkəmizdə işğalçı addımlarını artırmağa çalışır. Halbuki biz Türkiyə ordusunun Suriyadan tamamilə çıxarılmasını istəyirik", - deyə Bəsam Səbaq diqqətə çatdırıb.

O qeyd edib ki, beynəlxalq qanunlara görə, Suriyanın suverenliyi Türkiyə tərəfindən pozulur. /Eastnews/