0
Tuesday 30 March 2021 - 12:55

Sionist rejim qəzeti: Türkiyə Tel-Əvivlə səfir mübadiləsi etməyə hazırdır

Story Code : 924246
Sionist rejim qəzeti: Türkiyə Tel-Əvivlə səfir mübadiləsi etməyə hazırdır
Bu hesabata görə türkiyəli səlahiyyətli bildirib ki, Türkiyə səfirini işğal altındakı Fələstinə qaytarmağa hazırdır, bu şərtlə ki, bənzər addım qarşı tərəfdən də atılsın.

"IsraelHayom"-un hesabatının başqa bir hissəsində qeyd edilib ki, Fələstinin İslami Müqavimət Hərəkatı (Həmas) ilə bağlı məsələ iki tərəf arasında əsas mübahisə predmeti olaraq qalır.

Qeyd edək ki, bir neçə ay öncə Sionist rejimdəki mənbələr Tel-Əviv və Ankara arasında kəşfiyyat əlaqələrinin bərpa olunduğu ilə bağlı xəbər yaymışdı. Bu xəbərin yayımlanmasından bir neçə gün sonra Türkiyə prezidenti Ankaranın sionist rejimlə kəşfiyyat əlaqələrini davam etdirdiyini təsdiqlədi və Ankara ilə Tel-Əviv arasındakı münasibətlərin yaxşılaşacağına ümid etdiyini bildirdi.