QR CodeQR Code

Rusiya: ABŞ-ın bizimlə zor gücü ilə danışmasına icazə vermərik!

إسلام تايمز , 30 Mar 2021 13:36

İslamTimes: Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın "Arqumenti i Fakti" qəzetinə verdiyi müsahibədə ABŞ rəsmilərinin təzyiqlərinə Rusiyanın səssiz qalmayacağından bildirib.


Dmitri Peskov deyib: "Amerikalılar həmişə hamı ilə zor gücü ilə davranmaq istəyir. Amma Rusiyada nə prezident Vladimir Putin, nə də Rusiya rəhbərliyindəki digər səlahiyyətlilər ABŞ-ın və ya başqalarının bizimlə belə danışmasına icazə verməyəcək. Belə bir şeyə boyun əyməyimiz imkansızdır!"

Kremlin sözçüsü həmçinin Moskvanın Vaşinqtonla diplomatik əlaqələrini kəsmə ehtimalı ilə bağlı sualın cavabında "radikal ssenarilər" barədə danışmaq istəmədiyini söyləyib.

Peskov deyib ki, Rusiya və ABŞ bəzi məsələlər barədə müzakirələr apara bilər. Bu məsələlərə strateji sabitlik, silahlara nəzarət və regional münaqişələrin həlli üçün səylər kimi mövzular daxildir.


Story Code: 924255

News Link :
https://www.islamtimes.org/az/news/924255/rusiya-abş-ın-bizimlə-zor-gücü-ilə-danışmasına-icazə-vermərik

Islam Times
  https://www.islamtimes.org