0
Tuesday 30 March 2021 - 13:36

Rusiya: ABŞ-ın bizimlə zor gücü ilə danışmasına icazə vermərik!

Story Code : 924255
Rusiya: ABŞ-ın bizimlə zor gücü ilə danışmasına icazə vermərik!
Dmitri Peskov deyib: "Amerikalılar həmişə hamı ilə zor gücü ilə davranmaq istəyir. Amma Rusiyada nə prezident Vladimir Putin, nə də Rusiya rəhbərliyindəki digər səlahiyyətlilər ABŞ-ın və ya başqalarının bizimlə belə danışmasına icazə verməyəcək. Belə bir şeyə boyun əyməyimiz imkansızdır!"

Kremlin sözçüsü həmçinin Moskvanın Vaşinqtonla diplomatik əlaqələrini kəsmə ehtimalı ilə bağlı sualın cavabında "radikal ssenarilər" barədə danışmaq istəmədiyini söyləyib.

Peskov deyib ki, Rusiya və ABŞ bəzi məsələlər barədə müzakirələr apara bilər. Bu məsələlərə strateji sabitlik, silahlara nəzarət və regional münaqişələrin həlli üçün səylər kimi mövzular daxildir.