0
Tuesday 30 March 2021 - 14:05

"Ali-Səud, Sionist rejim və ABŞ Şeyx Zəkzakinin azad edilməsinə mane olur

Story Code : 924264
"Ali-Səud, Sionist rejim və ABŞ Şeyx Zəkzakinin azad edilməsinə mane olur
Şeyx Zəkzakinin Nigeriyadakı nümayəndələrindən olan Şeyx Adəm Əhməd Soho Coss "Farsnews"-un ərəb bölməsi ilə müsahibəsi zamanı Şeyx Zəkzaki və həyat yoldaşının həbsxanadakı son fiziki vəziyyəti və saxlanma şəraitindən danışıb. O bildirib ki, Şeyx Zəkzaki və həyat yoldaşının durumu pisdir.

Şeyx Əhmədin sözlərinə görə, Şeyx Zəkzaki və həyat yoldaşı həbsxanada olduqca ağır şəraitdə saxlanılır və fiziki vəziyyətləri heç də yaxşı deyil. Çünki Nigeriya hökuməti onların xəstəxanaya aparılmasına icazə vermir, yalnız bəzi hallarda həkimlərin onları müayinə etməsi üçün həbsxanaya daxil olmasına icazə verilir.

Nigeriyada Əhli-Beyt davamçıları ilə nə üçün belə rəftar ediliyi ilə bağlı suala cavab olaraq Şeyx Əhməd deyib: "Nigeriya hökuməti Ali Səud rejiminin maliyyə dəstəyi ilə, müxtəlif şəhər və kəndlərdə yaradılmış vəhabi qruplar sayəsində şiələrlə olduqca pis davranır. Şiələrə təzyiq göstərilir. Bu gün Şeyx Zəkzakinin həbsdən azad olunmasına da ABŞ, İsrail və Səudiyyə Ərəbistanı mane olur..."