QR CodeQR Code

Çin ÜST-ün Uhandakı araşdırmalarla bağlı yaydığı hesabatı yüksək qiymətləndirib

31 Mar 2021 09:47

İslamTimes: Rəsmi Pekin koronavirus infeksiyasının mənbəyini araşdırmaq üçün təyin edilmiş ÜST mütəxəssislərinin peşəkarlığını yüksək qiymətləndirib.


Rəsmi Pekin koronavirus infeksiyasının mənbəyini araşdırmaq üçün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) missiyasının Çinin Uhan şəhərinə edilən səfərinin yekununa dair hesabatın hazırlanmasında iştirak edən mütəxəssislərin peşəkarlığını yüksək qiymətləndirib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ÇXR-in Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

“Çin tərəfi qeyd edir ki, Ümumdünya Səhiyyə Təşkilatı yeni növ koronavirusun mənşəyinin öyrənilməsinə dair hesabat yayımlayıb. Çin tərəfi bu ortaq araşdırmada iştirak edən çinli və xarici mütəxəssislərin elmə bağlılığını, peşəkarlığını və səylərini yüksək qiymətləndirir”, - deyə qurumun rəsmi saytında yayılan sənəddə bildirilir.


Story Code: 924421

News Link :
https://www.islamtimes.org/az/news/924421/çin-üst-ün-uhandakı-araşdırmalarla-bağlı-yaydığı-hesabatı-yüksək-qiymətləndirib

Islam Times
  https://www.islamtimes.org