QR CodeQR Code

ABŞ İraqı İrana qarşı sanksiyalardan 4 ay müddətinə azad etdi

31 Mar 2021 13:44

İslamTimes: "Washington Post" qəzetinin Bağdaddakı müxbiri ABŞ hökuməti rəsmilərindən birinə istinadla yazıb ki, Vaşinqton İraq dövlətini İrana borclarını ödəmək üçün daha 120 gün sanksiyalardan azad edib.


İraq Energetika Nazirliyinin sözçüsü Əhməd Əl-Abadinin Bağdadın elektrik enerjisi idxalına görə Tehrana borclarının artması ilə bağlı açıqlamasından bir gün sonra Amerika mediası Bayden rəhbərliyinin İraqın İrana borclarını ödəməsi üçün bu ölkəni sanksiyalardan 120 günlük azad etdiyini yazıb.

İraqın paytaxtındakı Washington Post ofisinin rəhbəri Luisa Lovlak ABŞ hökuməti sözçülərindən birinə istinadla tvitterdə yazıb: "ABŞ, İraqın İrandan elektrik enerjisi idxalına görə yığılmış borclarını rəsmi Tehrana ödəməsinə icazə vermək üçün Bağdadı daha 4 ay sanksiyalardan azad edib."

ABŞ media orqanı ABŞ hökumətinin sözçüsünün adını qeyd etməyib.

Luisa Lovlak daha sonra yazıb: "İraqa 120 günlük sanksiyalardan yayınma fürsəti Bayden hökuməti tərəfindən Mustafa əl-Kazimiyə ilk belə güzəştdir. Bu eyni zamanda Baydenin Əl-Kazimiyə xoş niyyətli olduğunu göstərmək məqsədi daşıyır."


Story Code: 924460

News Link :
https://www.islamtimes.org/az/news/924460/abş-iraqı-irana-qarşı-sanksiyalardan-4-ay-müddətinə-azad-etdi

Islam Times
  https://www.islamtimes.org