QR CodeQR Code

"İran-Çin həmkarlıq sənədi" Netanyahu və Trampın biabırçı məğlubiyyətidir!

إسلام تايمز , 31 Mar 2021 14:03

İslamTimes: Sionist rejim mediası İranla Çin arasında 25 illik həmkarlıq sənədi imzalanmasının ABŞ və İsrailin biabırçı məğlubiyyətinin sübutu olduğunu yazıb


Haaretz qəzeti çərşənbə axşamı İran və Çin arasında strateji həmkarlıq sənədi imzalanması haqda yazaraq, bu anlaşmanın sabiq ABŞ prezidenti Donald Tramp və İsrail baş naziri Benyamin Netanyahunun Tehrana qarşı strategiyasının biabırçı məğlubiyyətinin bir başqa əlaməti olduğunu bildirib.

Bu məqalənin əvvəlində, İran-Çin strateji həmkarlıq sənədinin əhəmiyyətinə və geosiyasi potensialına işarə edilərək, belə deyilir: "Çin ilə İran arasındakı hərtərəfli strateji əməkdaşlıq ABŞ və İsrailin xarici siyasətindəki uğursuzluqların bir sübutudur."

"Haaretz" Netanyahunun Trampın İrana qarşı maksimum təzyiq siyasətinə hamıdan çox dəstək verən biri olduğuna işarə ilə yazıb: “Bütün bu təzyiqlərə baxmayaraq, İran bu gün nüvə anlaşmasında qeyd ediləndən 12 qat daha çox zənginləşdirilmiş urana sahibdir. Bu ölkə Çin ilə geniş əməkdaşlıq müqaviləsi də imzaladı. Həmçinin İran bu gün Qolan Yüksəkliklərində İsraillə sərhəddə mövqe tutub..."


Story Code: 924465

News Link :
https://www.islamtimes.org/az/news/924465/iran-çin-həmkarlıq-sənədi-netanyahu-və-trampın-biabırçı-məğlubiyyətidir

Islam Times
  https://www.islamtimes.org