QR CodeQR Code

Pentaqon transgenderlərin ABŞ Ordusunda xidmət etməsinə yenidən icazə verib

1 Apr 2021 08:39

İslamTimes: “ABŞ Müdafiə Nazirliyi transgenderlərin (İki cinsi orqanla doğulanlar - red.) hərbi xidmətə qəbulu üçün yeni təlimatı təsdiqləyib”.


APA TASS-a istinadən xəbər verir ki, bu barədə Pentaqon sözçüsü Con Kirbi brifinqdə açıqlayıb.

O bildirib ki, yeni qaydalara görə, transgender insanlar bir daha seçdikləri cinsə mənsub olaraq ABŞ ordusunda xidmət etmək hüququna malikdirlər və hərbi rəhbərlik bu cür insanlara lazımi tibbi yardımın göstərilməsini təmin edir.

Xatırladaq ki, 2016-cı ildə ABŞ-ın 44-cü prezidenti Barak Obama (2009-2017) transgenderlərin açıq şəkildə Silahlı Qüvvələrə yazılmasına və lazımi tibbi yardım almasına icazə vermişdi. Lakin xələfi Donald Tramp bu cinsə mənsub insanların silahlı qüvvələrdə xidmətə qəbulunu qadağan etmişdi.

Bu ilin yanvar ayında ABŞ-ın hazırkı prezidenti Co Bayden əvvəlki rəhbərliyin bununla bağlı tətbiq etdiyi məhdudiyyətləri ləğv edən fərman imzalayıb.


Story Code: 924575

News Link :
https://www.islamtimes.org/az/news/924575/pentaqon-transgenderlərin-abş-ordusunda-xidmət-etməsinə-yenidən-icazə-verib

Islam Times
  https://www.islamtimes.org