QR CodeQR Code

Fransada karantin rejiminin tətbiqi nəticəsində 150 min mağaza bağlanacaq

1 Apr 2021 08:01

İslamTimes: Fransada karantin rejiminin tətbiqi edilməsi ölkədə 150 min mağazanın bağlanmasına səbəb olacaq.


APA xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat, Maliyyə və Yenidənqurma Nazirliyi məlumat yayıb.

Bildirilib ki, martın 20-də 19 departamentdə 90 mindən çox ticarət müəssisəsi bağlanıb. Aprelin 3-də isə digər bölgələrdə daha 60 min mağaza bağlanacaq. Yalnız ərzaq və apteklər işləyəcək.

İşsiz satıcılara müavinətin ödənilməsi üçün ayda azı 11 milyard avroya ehtiyacı olacağı vurğulanıb.


Story Code: 924581

News Link :
https://www.islamtimes.org/az/news/924581/fransada-karantin-rejiminin-tətbiqi-nəticəsində-150-min-mağaza-bağlanacaq

Islam Times
  https://www.islamtimes.org