0
Thursday 1 April 2021 - 11:28

Rusiya və NATO arasında qarşıdurma - Qırıcılar havaya qalxdı

Story Code : 924597
Rusiya və NATO arasında qarşıdurma - Qırıcılar havaya qalxdı
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, martın 29-da havada baş verən bu hadisə NATO-nun yarandığı 1949-cu ildən bu yana hava ən böyük qarşıdurma kimi tarixə düşüb.

NATO-nun açıqlamasına görə, ittifaqla Rusiya arasında havada yaşanan ən böyük böhran Atlantik okeanında, Qara dəniz və Baltik dənizi məsuliyyət bölgələrində baş verib.

Bildirilib ki, Rusiyaya aid TU-160 və TU-95 strateji bombardmançı təyyarələr donanma şəklində dünyanın 6 fərqli bölgəsində NATO sərhəd məsuliyyəti zonasına yaxınlaşıb. Buna cavab olaraq NATO ovçu qırıcılarını 10 dəfə havaya qaldırmalı olub.

Rus bombardmançı təyyarələrə qarşı havaya qaldırılan NATO əməliyyatında Türkiyə, Norveç, İngiltərə, Belçika, Rumuniya, Bolqarıstan və İtaliya hava qüvvələrinə aid qırıcılar iştirak edib.

NATO rəsmi Tvitter hesabında verdiyi açıqlamada əməliyyatda iştirak edən ölkələrin bayraqlarına Müttəfiq Hava Qüvvələri Komandanlığının Baş qərargah rəisinin müavini, general Andrev Hansenin “NATO qüvvələri ona aid olan hava məkanını il boyu 7 gün 24 saat qorumağa hazırdır və qabiliyyətlərini nümayiş etdirdilər” mesajını yayımlayıb.

Qeyd edək ki, 2014-cü ildə Krımın ilhaqından sonra NATO ilə Rusiya arasında bütün əlaqələr kəsilib. Analitiklər bu vəziyyətin bölgə və dünyada təhlükəsizlik baxımından ciddi təhdidlərə yol açdığını bildirirlər.