QR CodeQR Code

HICAB TAXMAQ HƏR BIR QADININ AZAD SEÇIMIDIR

Faktxeber.com , 4 Aug 2009 23:07

Beynəlxalq Amnestiya Təşkilatının (BAT) Baş katibi İrene Xan, hicab taxmağın hər bir qadının azad seçimi olduğunu bildirib.


FaktXəbərin verdiyi məlumata görə, İ.Xan hər bir ölkənin qadına nə geyinəcəyini seçməsinə dair bir qanun qəbul etmək əvəzinə ona öz seçimini hər hansı bir təzyiqə məruz qalmadan həyata keçirə biləcəyi şəraiti hazırlamaq olduğunu bildirib. “Türkiyədə və Fransadakı təhsil ocaqlarında qadınların başörtüyü geyinmədən işə gəlmələrini tələb etmək doğru deyildir” – deyə İ.Xan Türkiyə mətbuatına müsahibəsində qeyd edib.

ABŞ-ın və digər qərb ölkələrinin terrorla mübarizə məsələsinə də toxunan BAT-ın Baş katibi ABŞ-da baş verən “11 Sentyabr” hadisələrindən sonra bu ölkəni və Avropa Birliyi ölkələrini insan haqlarının müdafiəsi prinsiplərini kobud surətdə pozmaqda ittiham edib.


Story Code: 9246

News Link :
https://www.islamtimes.org/az/news/9246/hicab-taxmaq-hər-bir-qadinin-azad-seçimidir

Islam Times
  https://www.islamtimes.org