QR CodeQR Code

Suriya BMT-yə etiraz etdi

1 Apr 2021 15:44

İslamTimes: Suriya Xarici İşlər Nazirliyi Brüsseldə Suriyaya dair bir konfransın Suriya hökumətinin nümayəndə heyəti olmadan keçirilməsinin qəbuledilməz olduğunu və seçilmiş formatın BMT Nizamnaməsinin əsaslarını pozduğunu bildirib.


Suriyanın dövlət xəbər agentliyi SANA-nın məlumat yayıb. Suriya Xarici İşlər Nazirliyinin BMT Təhlükəsizlik Şurasına (BMT TŞ) və BMT baş katibinə göndərdiyi məktubda "Suriya bu konfransın Suriya xalqını təmsil edən əlaqədar tərəf və Suriyadakı humanitar layihələrdə BMT ilə beynəlxalq ictimaiyyətin əsas tərəfdaşı olan Suriya hökuməti dəvət edilmədən beşinci dəfə təşkil edilməsinin qəbuledilməz olduğunu dilə gətirir", - deyə qeyd olunub. /Eastnews/


Story Code: 924647

News Link :
https://www.islamtimes.org/az/news/924647/suriya-bmt-yə-etiraz-etdi

Islam Times
  https://www.islamtimes.org