QR CodeQR Code

Avropa ABŞ-ın aqibətinə düçar olmaqdan qorxur

17 Aug 2011 05:28

IslamTimes - Sarkozi və Merkel avro zonasının hökumətini yaratmağı təklif ediblər


Fransa və Almaniya avro zonasının iqtisadi hökumətini yaratmağı təklif edirlər. Bu barədə Parisdə Almaniya federal kansleri Angela Merkel ilə görüşən Fransa prezidenti Nikolya Sarkozi bildirib. Hökumətə dövlət və hökumət başçıları daxil olacaqlar.

Sarkozinin sözlərinə görə, Fransa və Almaniya avronu qorumaq əzmindədirlər.

17 ölkəni birləşdirən avrozona iqtisadi hökumətinin şurası ildə iki dəfə sədrin rəhbərliyi ilə toplaşacaq. Bu vəzifəyə Sarkozi və Merkel AŞ prezidenti Herman van Rompeyi təyin etməyi təklif edirlər. /apa/


Story Code: 92471

News Link :
https://www.islamtimes.org/az/news/92471/avropa-abş-ın-aqibətinə-düçar-olmaqdan-qorxur

Islam Times
  https://www.islamtimes.org