0
Saturday 3 April 2021 - 00:32

ABŞ Konqresinin qarşısında polis əməkdaşı bıçaqlanaraq öldürülüb

Story Code : 924912
ABŞ Konqresinin qarşısında polis əməkdaşı bıçaqlanaraq öldürülüb
APA Reuters-ə istinadən xəbər verir ki, qəza nəticəsində yaralanan sürücü ona yaxınlaşan iki polis əməkdaşına bıçaqla hücum edərək onlara xəsarət yetirib.

Kapitoliy Polis İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Yoqananda Pittman bildirib ki, yaralanan polis əməkdaşı xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, naməlum sürücü polisin açdığı atəş nəticəsində dünyasını dəyişib.