0
Saturday 3 April 2021 - 09:02

ABŞ-da peyvənd olunan şəxslə üçün ölkədaxili səyahət məhdudiyyətləri yumşaldılıb

Story Code : 924954
ABŞ-da peyvənd olunan şəxslə üçün ölkədaxili səyahət məhdudiyyətləri yumşaldılıb
APA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alma Federal Mərkəzinin məlumatında bildirilib.

Yeni təlimatlara görə, səfərdən əvvəl üç ayda koronavirusa qarışı peyvənd olunan insanlar səyahət zamanı testə cəlb edilməyəcəklər. Eyni zamanda, bu kateqoriyadan olan vətəndaşlar karantinə alınmayacaqlar.

Qeyd edək ki, ABŞ-da hazırda koronavirusa qarşı üç peyvənd (“Pfizer”, “BioNTech”, “Moderna”) təsdiq edilib. “AstraZeneca” peyvəndi isə müvafiq tibbi tənzimləyici qurum tərəfindən təsdiq gözləyir.