0
Saturday 3 April 2021 - 09:36

Çin peyvənd istehsalını kəskin artırır - İLDƏ 2 MİLYARD DOZA

Story Code : 924957
Çin peyvənd istehsalını kəskin artırır - İLDƏ 2 MİLYARD DOZA
Publika.az şirkətin açıqlamasına istinadən xəbər verir ki, yeni istehsal xəttinin istifadəyə verilməsi ilə “CoronoVac” peyvəndinin istehsal gücünü ildə 2 milyard dozaya çatdırmaq mümkün olacaq.

"Sinovac Biotech" fevral ayında 2-ci istehsal xəttini işə salmışdı.

Çin şirkəti indiyədək 200 milyon doza COVID-19 peyvəndi istehsal edib. Bu peyvəndlər Çin də daxil olmaqla, 27 ölkədə vaksinasiya prosesində istifadə olunur.

Qeyd edək ki, "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" peyvəndinin Çin, Türkiyə, İndoneziya, Braziliya da daxil olmaqla, 30-dan çox ölkədə tətbiqinə icazə verilib. Yanvarın 18-də Azərbaycanda başlayan COVID-19 virusuna qarşı vaksinasiya prosesində də məhz "Sinovac"ın peyvəndindən istifadə edilir. Aprelin 1-də Bakıya daha 500 min doza “CoronaVac” çatdırılıb.

Təsirsiz hala gətirilmiş (inaktivləşmiş) bu peyvəndin hazırlanmasında orqanizmdə ciddi xəstəliyə və ya əks-təsirə səbəb olmadan bədənin immunitet sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə olunub. Ümumdünya Səhiyyə Təşkilatının ekspertlər şurası "Sinovac" şirkətinin istehsalı olan vaksinin təhlükəsiz və effektli olduğunu bildirib.