0
Saturday 3 April 2021 - 10:00

Bayden Kapitolidə hücumdan sonra ABŞ bayraqlarını endirməyi tapşırdı

Story Code : 924967
Bayden Kapitolidə hücumdan sonra ABŞ bayraqlarını endirməyi tapşırdı
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

"Biz Kapitolinin daha bir cəsarətli polis əməkdaşının həyatını itirməsindən kədərlənirik, mən Ağ Evin bayraqlarını endirməyə göstəriş verdim", - ABŞ liderinin yazılı bəyanatında deyilir.

Bayden vurğulayıb ki, hadisə ilə bağlı milli təhlükəsizlik müşavirindən daim məlumat alıb və istintaq davam etdikcə hadisə ilə bağlı yeni xəbərlər alacaq. O, qeyd edib ki, 18 il Kapitoli polisində xidmət etmiş Evansın ölümü ilə nəticələnən "vəhşicəsinə hücum”u “qəlb sınıq”lığı ilə öyrənib.

Ağ Ev Baydenin 2-6 aprel tarixlərində "ABŞ bayraqlarının Ağ Evin, eləcə də bütün hökumət binalarının üzərindən endiriləcəyi barədə bəyanatını yayıb. Bu, ABŞ-ın bütün səfirliklərinə, hərbi bazalarına və gəmilərə də aiddir.

Daha əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi (Kaliforniya ştatından demokrat) polisin həlak olması ilə əlaqədar Kapitolidə bayraqları endirməyə göstəriş verib. ABŞ Konqresinin hər iki palatası indi tətildədir.

Qeyd edək ki, ABŞ-da naməlum şəxs avtomobilini Kapitolinin nəzarət-buraxılış məntəqəsinə çırpıb. Bundan sonra sürücü bıçaqla polis əməkdaşlarına xəsarət yetirib. Nəticədə 2 polis əməkdaşı yaralanıb. Cinayətkar güllələnərək öldürülüb, eyni zamanda polis əməkdaşlarından biri də aldığı ağır xəsarətlərdən xəstəxanada vəfat edib.