0
Saturday 3 April 2021 - 14:28

İraq hərəkatının lideri ABŞ əsgərlərinə qarşı silahlı müqavimətdən danışdı

Story Code : 925003
İraq hərəkatının lideri ABŞ əsgərlərinə qarşı silahlı müqavimətdən danışdı
Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, Əl-Aləm Əl-Muqavimə Şəbəkəsinin Teleqram kanalına görə, Şeyx Qeys Əl-Xəzəli dünən (1 aprel) verdiyi açıqlamasında, müqavimət qüvvələrinin Allahın köməyi ilə işğalçıları İraqdan çıxarmaq üçün daha çox qadir olduqlarını söyləyib: “Müqavimət qrupları olaraq, ABŞ və ya ABŞ-ın İraq ərazisindəki bütün hərbi varlığını məhv etmək üçün əlimizə silah götürdük və mübarizəmizə davam edəcəyik.
 
Nə Əynul Əsəddə, nə də Əl-Harirdə ABŞ hərbi bazalarının mövcudluğuna yer yoxdur, bu müqavimət göstərənlərin qərarı və vədidir.
 
Müqavimətin hazırkı əməliyyatları, İraqda, ölkənin qərbində və şimalında hər yerdə davam edəcək və artacağını vurğulayırıq, bu da milli mövqe olmaq istədiyimiz fundamental məsələdir.
 
ABŞ qüvvələrinin qovulmasını istəyəndə konstitusiyanın həyata keçirilməsini nəzərdə tuturuq”,
 
Şeyx Əl-Xəzali, bəzi xarici hökumətlərin İraq işindəki pis rolunun, xüsusən də BƏƏ-nin rolunun təhlükəsi barədə xəbərdarlıq edərək, belə davam edib: “BƏƏ birbaşa İraq seçkilərinin nəticələrinə təsir etməyə çalışır və bu səbəbdən də BƏƏ rəhbərlərinin əlində olan seçkiləri qəbul etmirik.
 
İraqda Milli Qüvvələr və Əl-Həşduş Şəbi mövcud olduğu vaxta qədər BƏƏ layihəsi həyata keçməyəcək.
 
Əl-Həşduş Şəbinin şücaəti İraq üçün bu qüvvələrin qanı və hakimiyyətin fətvası olmadan əldə edilə bilməyəcək böyük müvəffəqiyyətə gətirib çıxardı”.
 
Şeyx Qeys Əl-Xəzəli çıxışının başqa hissəsində Bağdadın sionist düşmənlə münasibətlərini normallaşdırmaq üçün İraqda gizli səylər göstərildiyini, lakin İraqın təslim olmayacağını vurğulayıb.
 
Source : Deyerler
Tagged
iraq
Comment