QR CodeQR Code

Xatibzadə: İran yalnız sanksiyaların hamısının ləğvi ilə razılaşa bilər!

إسلام تايمز , 3 Apr 2021 20:23

İslamTimes: İran: "Sanksiyaların mərhələli şəkildə, addım-addım ləğv edilməsi ilə bağlı planı müzakirəyə belə çıxarmayacağıq."


İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Press TV ilə müsahibəsində İran İslam Respublikasına tətbiq olunan sanksiyaların mərhələli şəkildə ləğvi ilə bağlı hər hansı bir planı rədd etdiyini bildirərək deyib: "Dəfələrlə açıqlandığı kimi sanksiyaların mərhələli şəkildə, addım-addım ləğv edilməsi ilə bağlı planı müzakirəyə belə çıxarmayacağıq."

Xətibzadə daha sonra İran İslam Respublikasının bu ölkəyə qarşı tətbiq olunan bütün sanksiyaların ləğvi ilə bağlı mövqeyini xatırladaraq deyib: "İran İslam Respublikasının qəti siyasəti bundan ibarətdir ki, bütün sanksiyalar birdəfəyə ləğv edilməlidir. İstər Trampın HBFP sazişindən çıxdıqdan sonra yenidən qüvvəyə mindirdiyi sanksiyalar olsun, istərsə də onun özünün tətbiq etdiyi sanksiyalar!"

Qeyd edək ki, ABŞ İrana qarşı sanksiyaların pillə-pillə ləğv edilməsinə hazır olduğunu açıqlayıb.


Story Code: 925060

News Link :
https://www.islamtimes.org/az/news/925060/xatibzadə-iran-yalnız-sanksiyaların-hamısının-ləğvi-ilə-razılaşa-bilər

Islam Times
  https://www.islamtimes.org