0
Saturday 3 April 2021 - 22:23

Ərəbistan növbəti dəfə İranla müzakirələrdə iştirak etməyi istədi

Story Code : 925080
Ərəbistan növbəti dəfə İranla müzakirələrdə iştirak etməyi istədi
Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan bu gün CNN kanalı ilə müsahibəsi zamanı növbəti dəfə ölkəsinin İranla 5+1 arasındakı nüvə danışıqlarında iştirak etmə istəyindən danışıb. Səudiyyə rejiminin XİN başçısı bildirib ki, rəsmi Riyaz bu danışıqlara qatılarsa, İranla Səudiyyə rejimi arasında danışıqlar üçün fürsət yaranar və iki arasında rabitələr genişlənər.

Feysəl bin Fərhan həmçinin ölkəsinin danışıqlarda iştirak etməsinə başqa bir bəhanə olaraq bildirib ki, İran əgər nüvə arsenalına sahib olsa, məntəqə ölkələri, o cümlədən Ərəbistanın təhlükəsizliyi təhdid olunacaq. Bunun üçün Ərəbistan da müzakirələrdə yaxından iştirak etmək istəyir.