QR CodeQR Code

Ərəbistan növbəti dəfə İranla müzakirələrdə iştirak etməyi istədi

إسلام تايمز , 3 Apr 2021 22:23

İslamTimes: Səudiyyə Ərəbistanı İranla rabitələri normallaşdırmaq bəhanəsi ilə bu ölkə ilə 5+1 arasındakı nüvə danışıqlarında iştirak etmək istəyir


Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan bu gün CNN kanalı ilə müsahibəsi zamanı növbəti dəfə ölkəsinin İranla 5+1 arasındakı nüvə danışıqlarında iştirak etmə istəyindən danışıb. Səudiyyə rejiminin XİN başçısı bildirib ki, rəsmi Riyaz bu danışıqlara qatılarsa, İranla Səudiyyə rejimi arasında danışıqlar üçün fürsət yaranar və iki arasında rabitələr genişlənər.

Feysəl bin Fərhan həmçinin ölkəsinin danışıqlarda iştirak etməsinə başqa bir bəhanə olaraq bildirib ki, İran əgər nüvə arsenalına sahib olsa, məntəqə ölkələri, o cümlədən Ərəbistanın təhlükəsizliyi təhdid olunacaq. Bunun üçün Ərəbistan da müzakirələrdə yaxından iştirak etmək istəyir.


Story Code: 925080

News Link :
https://www.islamtimes.org/az/news/925080/ərəbistan-növbəti-dəfə-iranla-müzakirələrdə-iştirak-etməyi-istədi

Islam Times
  https://www.islamtimes.org