QR CodeQR Code

Zərif Fransadan ABŞ-ın qanunsuz sanksiyalarına əməl etməməyi tələb etdi

إسلام تايمز , 3 Apr 2021 22:57

İslamTimes: İran XİN başçısı fransız həmkarı ilə HBFP sazişi haqqında danışıb


İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif fransız həmkarı Jan-İv Lö Drian ilə bağlantı yaradıb. Zərif Fransa XİN başçısından ölkəsinin HBFP sazişində qurucu rol oynamasını tələb edib.

İran XİN başçısı Jan-İv Lö Drian ilə danışığı ilə bağlı "Twitter" hesabında yazıb: "Bu gün Fransa Xarici İşlər Naziri Jan-İv Lö Drian ilə telefon danışığında Vyanadakı HBFP sazişi ilə növbəti görüşdə Fransanın konstruktiv bir mövqe nümayiş etdirməsini xahiş etdim. Mən Fransanı bu razılaşma çərçivəsində götürdüyü öhdəliklərə əməl etməyə və ABŞ tərəfindən qanunsuz sanksiyalara əhəmiyyət verməməyə çağırıram."

Fransa xarici işlər naziri Jan-İv Lö Drian da İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə şənbə günü səhər telefonla danışdığını qeyd edərək bildirib ki, Fransa HBFP sazişinin qorunması üçün daim əlindən gələni əsirgəməyib və bundan sonra da ABŞ və İran tərəfinin sazişdəki öhdəliklərinə qayıtması üçün yardımçı olmağa davam edəcək.


Story Code: 925084

News Link :
https://www.islamtimes.org/az/news/925084/zərif-fransadan-abş-ın-qanunsuz-sanksiyalarına-əməl-etməməyi-tələb-etdi

Islam Times
  https://www.islamtimes.org