0
Sunday 4 April 2021 - 01:02

ABŞ-da 15 milyon doza peyvəndi zibilxanaya atdılar

Story Code : 925097
ABŞ-da 15 milyon doza peyvəndi zibilxanaya atdılar
Publika.az "Sputnik"ə istinadla xəbər verir ki, bu hadisə ABŞ-ın Baltimor şəhərində bir əczaçılıq müəssisəsində baş verib. Həmin müəssisədə həm "Johnson&Johnson", həm də "AstraZeneca" peyvəndi istehsal edilirmiş. Bir səhv nəticəsində peyvəndlərin komponentləri qarışdırılıb və nəticədə milyonlarla doza zibilə atılıb.

Baş verən hadisə ilə bağlı ABŞ-ın Qida və Dərman İdarəsi insan səhvi ilə əlaqədar araşdırma başladıb.

Qeyd edək ki, "Johnson&Johnson"un "Covid-19" peyvəndinin ölkədəki peyvənd prosesini sürətləndirəcəyi gözlənilirdi.