QR CodeQR Code

ABŞ-da 15 milyon doza peyvəndi zibilxanaya atdılar

4 Apr 2021 01:02

İslamTimes: ABŞ-da istehsal müəssisəsində komponentləri qarışdırılan 15 milyon doza "COVID-19"a qarşı peyvəndi "Johnson&Johnson" dərman istehsalı firması zibilxanaya atıb.


Publika.az "Sputnik"ə istinadla xəbər verir ki, bu hadisə ABŞ-ın Baltimor şəhərində bir əczaçılıq müəssisəsində baş verib. Həmin müəssisədə həm "Johnson&Johnson", həm də "AstraZeneca" peyvəndi istehsal edilirmiş. Bir səhv nəticəsində peyvəndlərin komponentləri qarışdırılıb və nəticədə milyonlarla doza zibilə atılıb.

Baş verən hadisə ilə bağlı ABŞ-ın Qida və Dərman İdarəsi insan səhvi ilə əlaqədar araşdırma başladıb.

Qeyd edək ki, "Johnson&Johnson"un "Covid-19" peyvəndinin ölkədəki peyvənd prosesini sürətləndirəcəyi gözlənilirdi.


Story Code: 925097

News Link :
https://www.islamtimes.org/az/news/925097/abş-da-15-milyon-doza-peyvəndi-zibilxanaya-atdılar

Islam Times
  https://www.islamtimes.org