QR CodeQR Code

ABŞ-ın prezidenti kimdir? – Foto ölkədə aranı bir-birinə qatdı

4 Apr 2021 01:45

İslamTimes: Yanvarın 20-də vəzifəsinin icrasına başlayan ABŞ Prezidenti Co Bayden kabinetinin ilk iclasını aprelin 1-də keçirib.


Teleqraf.com xəbər verir ki, iclasdan sonra prezident Bayden, vitse-prezident Kamala Harris və nazirlərin fotosu ilk iclasdan daha çox müzakirə olunub.

Xarici, müdafiə və xəzinə nazirlərinin əyləşdiyi, digər nazirlərin ayaq üstə olduğu fotoşəkildə Bayden və Harris yan-yana oturub. Hətta vitse-prezidentin dövlət başçısından bir qədər irəlidə olduğu diqqətdən yayınmayıb.

Bu, sosial şəbəkədə “ABŞ-ın prezidenti kimdir?” müzakirələrinə yol açıb. Eyni zamanda, yaddaş problemindən əziyyət çəkən 79 yaşlı Baydenin dörd illik müddətini bitirmədən əvvəl yerini Harrisə verəcəyi iddialarını bir daha gündəmə gətirib.


Story Code: 925099

News Link :
https://www.islamtimes.org/az/news/925099/abş-ın-prezidenti-kimdir-foto-ölkədə-aranı-bir-birinə-qatdı

Islam Times
  https://www.islamtimes.org