0
Sunday 4 April 2021 - 09:20

İordaniyanın keçmiş vəliəhdi nəzarət altına alındığını təsdiqləyib

Story Code : 925137
İordaniyanın keçmiş vəliəhdi nəzarət altına alındığını təsdiqləyib
APA xəbər verir ki, bu barədə məlumatı “BBC” telekanalı yayıb.

“Bu səhər təhlükəsizlik xidmətinin rəisi mənə bildirdi ki, iştirak etdiyim görüşlərdə hökumətin və ya kralın hərəkətlərini tənqid etdiyimə görə evi tərk etməyim və küçəyə çıxmağım, insanlarla ünsiyyət qurmağım və internetdən istifadə etməyim qadağan olunub”, - Həmzə ibn Hüseyn belə deyib.

Onun sözlərinə görə, hakimiyyəti tənqid etməkdə ittiham olunmur, ancaq ev dustaqlığında saxlanılması rəhbərliyin xəbərdarlığıdır. Bununla belə, Həmzə ibn Hüseyn özünün altı dəqiqəlik videoçıxışının çox hissəsini İordaniya kralı II Abdullanın tənqid olunmasına sərf edib.