QR CodeQR Code

İordaniyanın keçmiş vəliəhdi nəzarət altına alındığını təsdiqləyib

4 Apr 2021 09:20

İslamTimes: İordaniya Haşimilər Krallığının keçmiş vəliəhdi Həmzə ibn Hüseyn televiziya müraciətində dövlət çevrilişində şübhəli bilinərək həbs olunduğunu təsdiqləyib.


APA xəbər verir ki, bu barədə məlumatı “BBC” telekanalı yayıb.

“Bu səhər təhlükəsizlik xidmətinin rəisi mənə bildirdi ki, iştirak etdiyim görüşlərdə hökumətin və ya kralın hərəkətlərini tənqid etdiyimə görə evi tərk etməyim və küçəyə çıxmağım, insanlarla ünsiyyət qurmağım və internetdən istifadə etməyim qadağan olunub”, - Həmzə ibn Hüseyn belə deyib.

Onun sözlərinə görə, hakimiyyəti tənqid etməkdə ittiham olunmur, ancaq ev dustaqlığında saxlanılması rəhbərliyin xəbərdarlığıdır. Bununla belə, Həmzə ibn Hüseyn özünün altı dəqiqəlik videoçıxışının çox hissəsini İordaniya kralı II Abdullanın tənqid olunmasına sərf edib.

 


Story Code: 925137

News Link :
https://www.islamtimes.org/az/news/925137/iordaniyanın-keçmiş-vəliəhdi-nəzarət-altına-alındığını-təsdiqləyib

Islam Times
  https://www.islamtimes.org