0
Sunday 4 April 2021 - 13:42

Peyvənd olunanlar karantinə əməl etməyə bilər - Şpan

Story Code : 925181
Peyvənd olunanlar karantinə əməl etməyə bilər - Şpan
Axar.az xəbər verir ki, bunu Almaniyanın səhiyyə naziri Yens Şpan deyib.

"Peyvənd olunanlar mağazalara, yaxud bərbərxanaya testsiz gedə biləcəklər. Həmçinin Robert Kox İnstitutu hesab edir ki, onlara bundan sonra karantinə əməl etmək lazım gəlməyəcək", - deyə nazir bildirib.

Onun sözlərin görə, qəti qərar Almaniya koronavirusun üçüncü dalğasını keçdikdən sonra qəbul olunacaq.

Hazırda Almaniyada qışdakı kimi sərt olmasa da, karantin tətbiq edilir. Məktəblər və uşaq bağçaları, bərbərxana və gözəllik salonları, gül və kitab mağazaları açıqdır. Testsiz yalnız supermarketlərə getmək olar. Məhdudiyyət tədbirləri aprelin 18-dək uzadılıb və çox güman ki, onların sərtləşdiriləcəyi gözlənilir.

Almaniyada indiyədək əhalinin 12 faizi – təxminən 10 milyon nəfər vaksinin bir hissəsini alıb, 4,3 milyon insan isə tam peyvəndlənib.