0
Sunday 4 April 2021 - 20:18

Amerika Ən-Nüsrə liderini təmizə çıxarmaq istəyir

Story Code : 925227
Amerika Ən-Nüsrə liderini təmizə çıxarmaq istəyir
"Qərbin bölgədəki bəzi siyasətlərini tənqid etdik. Amma Qərb ölkələrinə qarşı hücumlar təşkil etmək istəmirik" - bu açıqlamalar "Təhrir əş-Şam" terror qruplaşmasının lideri Əbu Məhəmməd Colaniyə aiddir. "Təhrir əş-Şam" "Ən-Nüsrə" terror qruplaşmasının əsas sütunu hesab edilir.

"Rai Al-Youm" elektron qəzeti terror qruplaşması lideri Colaninin bir Amerika şəbəkəsinə müsahibə verdiyini qeyd edərək yazıb: "Elə görünür ki, güc və liderlik həzzi Colaninin damağında qalıb. O Suriyanın şimalında işğal altındakı bölgələrdə "qurtuluş hökuməti" qurmaq niyyətindədir."

Qəzetin yazdığına görə, Colani çalışır ki, Suriyanın şimalında Türkiyə hərbi birləşləmələrinin əməliyyatları davam etsin.

Bu gün Amerikanın "məsum" obraz kimi təqdim etməyə çalışdığı terrorçu Əbu Məhəmməd Colani əli Suriya xalqının qanına bulaşmış, xalqı siqaret çəkdiyinə görə qamçılayan bir təkfirçidir!