0
Sunday 4 April 2021 - 22:39

İsrail son üç ayda 230 fələstinli uşağı həbs edib

Story Code : 925229
İsrail son üç ayda 230 fələstinli uşağı həbs edib
Fələstində hər il 5 aprel tarixində "Fələstin Uşaqları Günü"nü qeyd edilir. Bu tədbirin təşkilində məqsəd dünya ictimaiyyətinin diqqətini işğalçı İsrail rejimi tərəfindən ibtidai insan hüquqlarından belə məhrum edilmiş fələstinli uşaqlara yönəltməkdir.

Anadolu Xəbər Agentliyinin verdiyi məlumata görə, "Fələstinli Əsirlər Klubu" öz hesabatında bu ilin əvvəlindən bu yana 230 uşağın sionist rejim tərəfindən saxlanıldığını yazıb. Həbslərin əksəri işğal altındakı Qüds şəhərində baş verib.

Sionist rejim azyaşlılardan bəzilərini sənəd müqabilində və ya ev dustaqlığı şərti ilə azad edib.