QR CodeQR Code

Yaponiya F-35B qırıcılarının yerləşdirilməsi ilə bağlı qərar vermədiklərini bildirib

5 Apr 2021 09:19

İslamTimes: “ABŞ-dan alınan ilk F-35B qırıcılarının Yaponiya özünümüdafiə qüvvələri tərəfindən Miyazaki prefekturasındakı Nyutabaru bazasında yerləşdirilməsi barədə konkret qərar verilməyib”.


APA TASS-a istinadən xəbər verir ki, bunu mətbuat konfransında Yaponiya Nazirlər Kabinetinin Baş katibi Katsunobu Kato açıqlamasında bildirib.

O əlavə edib ki, Hava Özünümüdafiə Qüvvələri bazasının F-35B üçün bir yer olaraq qəbul edildiyi eşidilib, lakin bu mövzuda konkret qərarların verilməsindən xəbərdar deyillər.

Xatırladaq ki, aprelin 4-də, “Yomiuri” milli qəzeti Yapon özünümüdafiə qüvvələrinin ABŞ-dan satın aldığı ilk F-35B döyüş təyyarələrini ölkənin cənub-qərbindəki Miyazaki əyalətində yerləşən Nyutabaru bazasına yerləşdirmək niyyətində olduğunu yazmışdı.


Story Code: 925279

News Link :
https://www.islamtimes.org/az/news/925279/yaponiya-f-35b-qırıcılarının-yerləşdirilməsi-ilə-bağlı-qərar-vermədiklərini-bildirib

Islam Times
  https://www.islamtimes.org