0
Monday 5 April 2021 - 09:40

Bu 5 silah Rusiyaya qələbə qazandıracaq - Nİ

Story Code : 925281
Bu 5 silah Rusiyaya qələbə qazandıracaq - Nİ
Axar.az xəbər verir ki, bu barədə "Nəşnl İnterest" jurnalı məqalə dərc edib.

Məqalədə bildirilir ki, Rusiya ordusunun aviasiyada nəzərəçarpacaq üstünlüyü var:

"Kiyev Rusiyanın HHM sistemini üstələyə bilməyəcək. Rusiyanın Krımda yerləşən S-400-ü 400 kilometr radiusdakı təyyarələri, PUA və raketləri vurmağa qadirdir. Həmçinin Su-35S qırıcı təyyarələri Rusiyanın qələbəsində mühüm rol oynaya bilər".

Materialda vurğulanıb ki, quruda əməliyyatlar zamanı Rusiya BMP-3M-dən istifadə edəcək, bu da o ərazi üçün (Donbas - red.) tam əlverişli texnika sayılır.

"Bununla yanaşı, T-90M tankları, eləcə də hədəfləmə texnologiyası ilə təchiz edilmiş özüyeriyən 2S19 "Msta-S" haubitsaları da müharibəyə töhfə verəcək", - qəzet qeyd edib.