QR CodeQR Code

Ənsarullaha qarşı döyüşmək üçün Suriyadan Yəmənə terrorçular gətirilir

5 Apr 2021 18:32

İslamTimes: Suriyadakı Əl-Qaidə ilə əlaqəli terrorçuların Səna hökumətinin tabeliyindəki Yəmən ordusuna qarşı döyüşmək üçün Məaribə köçürüldüyü bildirilib.


Deyerler.org xəbər verir ki, Livanda çıxan Əl-Əxbar qəzetinin məlumatına görə, Ədəndəki Səudiyyə rejimi koalisiyasının komandanlığı, Suriyadakı və digər ölkələrdən Yəmənə gətiriləcək terrorçuların tranzit yollarını təmin etmək üçün Abyəndəki Əl-Qaidə komandirinə tapşırıq verib.
 
Təhlükəsizlik və kəşfiyyat mənbələri bu tapşırıqla Əl-Qaidənin yaraqlıları ilə Suriyadan gəmiylə Abyənə gətiriləcək terrorçuları silahları ilə birlikdə təhlükəsiz şəkildə Məaribə aparacağını söyləyib.

Xəbərə görə, bu hazırlıq işləri çərçivəsində Əl-Qaidə terrorçuları iki həftə əvvəl Salim Şənaə adlı şəxsin komandanlığı altında Müsəlman Qardaşları təşkilatının (İxvanul Muslimin) Yəmən qolu olan İslah Partiyası silahlıları ilə birlikdə və Səudiyyə rejiminin koalisiyasının komandirinin nəzarəti altında Abyən sahillərinə yerləşdirilib.

Yerli mənbələr Əl-Qaidə yaraqlılarının Vadi Həmra, Yəhmas, Əl-Murakaşa və Əl-Vadiyi bölgələrində sərbəst hərəkət edə bildiklərini və İslah Partiyasının qərargahına girib çıxdıqlarını söyləyiblər.

Əl-Əxbar qəzeti, Əl-Qaidə terrorçularının keçən həftə Suriyadan Yəmənə gətiriləcək terrorçulara keçid marşurutu yaratmaq üçün Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi Cənubi Keçid Şurası yaraqlılarının bəzi nəzarət nöqtələrinə hücum etdiklərini bildirib.


Story Code: 925399

News Link :
https://www.islamtimes.org/az/news/925399/ənsarullaha-qarşı-döyüşmək-üçün-suriyadan-yəmənə-terrorçular-gətirilir

Islam Times
  https://www.islamtimes.org