QR CodeQR Code

Putin yenidən prezidentliyə namizəd olmasına imkan verən qanunu imzalayıb

5 Apr 2021 16:55

İslamTimes: Putin yenidən prezidentliyə namizəd olmasına imkan verən qanunu imzalayıb


Rusiya prezidenti Vladimir Putin ona o cümlədən yenidən prezidentliyə namizəd olma hüququnu verən qanunu imzalayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, sənəd bu gün rəsmi hüquqi informasiya portalında dərc olunub.

Qanunun bir sıra müddəaları Konstitusiyaya dəyişikliklər edilməsi məqsədi ilə hazırlanıb. Əsas qanunun maddələrindən birinə görə, eyni şəxsin Rusiya prezidenti vəzifəsini tuta biləcəyi müddət sayının limiti mövcud dövlət başçısına onun əvvəlki prezidentlik müddətləri nəzərə alınmadan tətbiq edilir. Beləliklə, bu, mövcud dövlət başçısına daha iki müddət prezidentlik vəzifəsini icra etməyə imkan verir.

Sənəd dövlət başçısının azı 35 yaşı olan, ölkədə azı 25 il daimi yaşayan, eləcə də bundan əvvəl heç vaxt başqa dövlətin vətəndaşı olmayan və başqa dövlətdə yaşayış icazəsi olmayan Rusiya Federasiyasının vətəndaşı olmasını müəyyənləşdirir.


Story Code: 925413

News Link :
https://www.islamtimes.org/az/news/925413/putin-yenidən-prezidentliyə-namizəd-olmasına-imkan-verən-qanunu-imzalayıb

Islam Times
  https://www.islamtimes.org