0
Monday 5 April 2021 - 22:47

Ulyanov: Rusiya HBFP məsələsində İran və ABŞ arasında vasitəçi olmağa hazırdır

Story Code : 925476
Ulyanov: Rusiya HBFP məsələsində İran və ABŞ arasında vasitəçi olmağa hazırdır
Sputnik-in verdiyi məlumata görə, Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov bildirib ki, Rusiya HBFP sazişi məsələsində İran və ABŞ arasındakı dolayı münasibətlər yaradılmasında yardımçı olmağa hazırdır.

Ulyanov deyib: "Müştərək Komissiyanın iclasında İran və Amerika nümayəndələri arasında birbaşa əlaqə olmayacaq..."

O əlavə edib ki, rəsmi Moskva hadisələrin gedişatını izləyərək ABŞ və İran arasındakı münasibətləri asanlaşdırmaq üçün əlindən gələni əsirgəməyəcək.

Müştərək Komissiyanın iclası çərşənbə axşamı Vyanada Britaniya, Çin, Fransa, Almaniya, Rusiya və İran diplomatlarının iştirakı və Avropa İttifaqının vasitəçiliyi ilə baş tutacaq.