0
Tuesday 6 April 2021 - 08:51

Ağ Dəbilqəlilər Suriyada terrorçular arasından əsgər götürdüklərini etiraf etdi

Story Code : 925544
Ağ Dəbilqəlilər Suriyada terrorçular arasından əsgər götürdüklərini etiraf etdi
Missiyasının mülki insanlara yardım etmək olduğunu iddia edən bu təşkilatın baş menecerinin müavini Faruk Həbib, Kanadanın CBS televiziya kanalına müsahibə verib.

Müsahibənin bir hissəsində, Kanadanın bu təşkilatın rəsmiləri və ailələrini üç il əvvəl işğal olunmuş ərazilərdən keçərək, İordaniyaya köçürməsindəki köməyindən bəhs edilib. O zaman Kanadadan 50 Ağ Dəbilqəli və 200 ailə üzvünü qəbul etməsi istənilmişdi, lakin CBS-in diktorunun məlumatına görə, onlardan 43 nəfəri hələ də köçürülməyib.

CBS-in aparıcısı Faruk Həbibdən bu sualı soruşub: “Bəzi fərziyyələr Kanada təhlükəsizlik işçilərinin bu qalan Ağ Dəbilqələrin silahlı qrupların üzvü olan üsyançılarla əlaqəli olduğuna inandığını göstərir. Bunun üçün bir dəlil varmı?

Faruk Həbib cavab verib: “Xüsusilə bu mövzuda bunu heç vaxt inkar etmirik”.

Qərb tərəfindən dəstəklənən Ağ Dəbilqəlilər, özlərini vətəndaşlara kömək edən qeyri-hökumət təşkilatı kimi təqdim edirlər. Qərb mediası hər zaman onların iddialarını dəstəkləyib və yayıb, həmçinin bu təşkilatdakı terrorçu yaraqlıları təmizə çıxarmağa çalışıb.

Ağ Dəbilqələrin silahla terrorçuların yanında dayandığının müxtəlif videoları sosial şəbəkədə paylaşılıb. Ağ Dəbilqələr edam səhnələrində suriyalı əsgərlərin üstündə bir neçə dəfə dayanıblar.

Bir çox jurnalist suriyalı terrorçuların nəzarətində olan şəhərlərdə yaşayan mülki şəxslərdən reportaj alıb. Müsahibə verənlərin dediklərinə görə, Ağ Dəbilqələr terrorçularla əməkdaşlıq qurduqları və xilas etdikləri iddia edilənlərə dərman belə verməyiblər.

Ağ Dəbilqələrin neytrallıq iddiasını müdafiə edən Qərb mediası, onlara qarşı dəlilləri Rusiya və Suriya hökumətləri tərəfindən “yalan məlumatlar yaymaq” kimi xarakterizə edib. Təkcə Kanada bu quruma 7,5 milyon dollar bağışlayıb.

Kanada ilə yanaşı, ABŞ da, Suriyadakı bir şəhərdəki etirazların ümummilli bir vətəndaş qarşıdurmasına çevrilməsində əsas rol oynayıb, eyni zamanda terrorçuları dəstəkləməyə və Suriyanın sərvətlərini qarət etməyə davam edib. /Deyerler/