0
Tuesday 6 April 2021 - 09:52

Roma papası: “Yəmən böhranı qarşısında susmaq biabırçılıqdır”

Story Code : 925563
Roma papası: “Yəmən böhranı qarşısında susmaq biabırçılıqdır”
Dünən (4 aprel) Pasxa bayramındakı çıxışında dünya katoliklərinin lideri Papa Fransisko, koronavirusun yayılması zamanı bəzi ölkələrin silahlı qarşıdurma və hərbi xərclərini biabırçılıq adlandırıb.

Reuters-in məlumatına görə, Papa Fransisko çıxışında koronavirus peyvəndinin dünya ölkələri arasında, xüsusən kasıb ölkələr arasında paylanmasını sürətləndirməyə dəvət edib.

Dünya katoliklərinin lideri dünya xalqlarına mesajında beynəlxalq problemləri əsas gətirib barışığa dəvət edərək, belə deyib: “Epidemiya (Kovid 19) yayılmağa davam edir, sosial və iqtisadi böhran xüsusilə yoxsullar üçün ağır olaraq qalır. Silahlı qarşıdurmanın hələ bitməməsi və hərbi arsenalın hələ də güclənməsi isə ayıbdır”.

Pasxada Müqəddəs Pyotr meydanında müntəzəm olaraq 100.000-dən çox insan qarşısında danışan Roma papası, bu il koronavirus xəstəliyinə görə, kilsədə 200-dən az adamın qarşısında danışıb və mesajı dünyadakı on milyonlarla insana yayılıb: “Bütün beynəlxalq ictimaiyyəti qlobal məsuliyyət ruhunda peyvənd paylanmasında gecikmələrin aradan qaldırılması və xüsusilə kasıb ölkələrdə yayılmasının asanlaşdırılması barədə öhdəlik götürməyə çağırıram.

Dünyada hələ çox müharibələr və şiddət var! Allah müharibə münasibətini aşmağımızda bizə kömək etsin.

Nüvə silahları cəlbedici və dəhşətli vasitədir. Bu ölümcül alətlər olmasaydı, dünya nə qədər yaxşı olardı”.

Fransisko çıxışında Fələstin-İsrail rejimi münaqişəsinə toxunaraq, barışıqda birlikdə yaşaya biləcək iki dövlətli həll yolu tapmaq üçün onları dialoq gücünü bərpa etməyə dəvt edib.