0
Tuesday 6 April 2021 - 10:29

BMT İranın nüvə proqramı ilə bağlı yeni danışıqların başlanılmasını alqışlayıb

Story Code : 925568
BMT İranın nüvə proqramı ilə bağlı yeni danışıqların başlanılmasını alqışlayıb
APA xəbər verir ki, bunu brifinqdə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

“İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planının bütün üzvlərinin konstruktiv dialoq aparmaq və bu vacib beynəlxalq razılaşmanı qorumaq üçün diplomatiyadan istifadə etməklə göstərdikləri fəal səyləri alqışlayırıq”, - deyə Düjarrik qeyd edib.

Qeyd edək ki, aprelin 2-də İranın Nüvə Proqramına dair Birgə Hərtərəfli Fəaliyyət Planına qatılan ölkələr virtual görüş keçirib. AB xarici siyasət xidmətinin məlumatına görə, onlar ABŞ-ın Birgə Hərtərəfli Fəaliyyət Planına qayıdış perspektivinə və nüvə anlaşmasını qorumaq öhdəliklərinə müsbət təsir etməyə hazır olduqlarını bir daha bəyan ediblər. Nüvə sazişi üzrə komissiyanın növbəti iclası bu gün, 6 aprel tarixində Vyanada keçiriləcək.