QR CodeQR Code

Yəmən Səudiyyə rejiminin hərbi hədəflərinə qarşı raket və PUA əməliyyatları keçirdi

Deyerler , 6 Apr 2021 16:52

İslamtimes - Yəmən Silahlı Qüvvələri Səudiyyə rejiminin işğalçı koalisiyasının Ciddədəki hərbi hədəflərini vurmaq üçün bir neçə raket və döyüş PUA-sından istifadə edib.



Deyerler.org xəbər verir ki, yerli mənbələr paytaxt Sənadakı Yəmən Milli Qurtuluş Hökumətin tabeliyindəki ordu və inqilabi xalq komitələri (Ənsarullah) tərəfindən Səudiyyə rejiminin cənub və qərbindəki hədəflərə qarşı raket və pilotsuz təyyarə əməliyyatlarının aparıldığını bildirib.
 
Sabreen News Teleqram kanalı bu gün (6 aprel) sübh xəbər verib ki, yəmənlilər Səudiyyə koalisiyasının Ciddədəki hərbi hədəflərinə və Səudiyyə rejiminin dərinliyinə bir neçə raket atıb.
 
Əl-Aləm telekanalının müxbiri, həmçinin Yəmənin Ciddədəki hədəflərə qarşı əməliyyatından sonra, şəhərin hava limanında, eləcə də Cizan hava limanında bütün uçuşların dayandırıldığını və bu ərazilərin səmalarının Səudiyyə rejimindən gələn təyyarələrdən boşaldıldığını söyləyib.
 
Bəzi mənbələr Ciddə hava limanının hərbi hissəsinin Yəmən raketləri tərəfindən hədəfə alındığını və aviasiya kəşfiyyatının görüntülərində təyyarələrin Ciddə hava limanına enə bilmədiyini və göydə dövrə vurduğunu göstərir.
 
Əməliyyatın digər təfərrüatları hələ açıqlanmayıb.
 
Bundan əvvəl Yəmən Milli Qurtuluş Hökumətinin müdafiə naziri Məhəmməd Nasir Əl-Atəfi, Səudiyyə rejiminin koalisiyasının Yəmənə təcavüzündə axmaqlığını davam etdirmək istəsə, böyük ağrı strategiyasının həyata keçiriləcəyini vurğulamışdı.
 


Story Code: 925639

News Link :
https://www.islamtimes.org/az/news/925639/yəmən-səudiyyə-rejiminin-hərbi-hədəflərinə-qarşı-raket-və-pua-əməliyyatları-keçirdi

Islam Times
  https://www.islamtimes.org