QR CodeQR Code

Rusiya Hizbullahın Suriyada varlığını zəruri hesab edir

إسلام تايمز , 6 Apr 2021 22:23

İslamTimes: "Rusiya səslənən iddiaların təm əksinə olaraq Hizbullah döyüşçülərinin Suriyada əmniyyətin bərqərar edilməsində iştirak etməsini istəyir"


Livanın “Əl-Əxbar” qəzeti bu gün yayımladığı xəbərdə bildirib ki, "Suriya müxalifəti"nin mediasında yer alan rəsmi Moskvanın Suriyada Hizbullahın varlığını istəmədiyi ilə bağlı iddiaların tam əksinə olaraq Rusiya Hizbullah döyüşçülərinə Suriyada ehtiyac olduğunu düşünür.

Hizbullah hərəkatının qərar qəbul etmə şurasının üzvü Məhəmməd Rəd və Hərəkatın Livan parlamentindəki fraksiyasının rəhbəri ötən ayın ortalarında Rusiya rəsmiləri ilə danışıqlar aparmaq üçün bir nümayəndə heyəti ilə Moskvaya səfər etmişdi.

Əl-Əxbar qəzetinin yazdığına görə, Moskvada Hizbullah döyüşçülərinin döyüş meydanında yüksək məharəti, peşəkarlığı, nizam-intizamı, hədəflərə çatmaqda qabiliyyəti olduqca yüksək qiymətləndirib. Rusiya bu səbəblərdən Hizbullah döyüşçülərinin Suriyada əmniyyətin bərqərar edilməsində iştirak etməsini istəyir.


Story Code: 925709

News Link :
https://www.islamtimes.org/az/news/925709/rusiya-hizbullahın-suriyada-varlığını-zəruri-hesab-edir

Islam Times
  https://www.islamtimes.org