0
Tuesday 6 April 2021 - 22:23

Rusiya Hizbullahın Suriyada varlığını zəruri hesab edir

Story Code : 925709
Rusiya Hizbullahın Suriyada varlığını zəruri hesab edir
Livanın “Əl-Əxbar” qəzeti bu gün yayımladığı xəbərdə bildirib ki, "Suriya müxalifəti"nin mediasında yer alan rəsmi Moskvanın Suriyada Hizbullahın varlığını istəmədiyi ilə bağlı iddiaların tam əksinə olaraq Rusiya Hizbullah döyüşçülərinə Suriyada ehtiyac olduğunu düşünür.

Hizbullah hərəkatının qərar qəbul etmə şurasının üzvü Məhəmməd Rəd və Hərəkatın Livan parlamentindəki fraksiyasının rəhbəri ötən ayın ortalarında Rusiya rəsmiləri ilə danışıqlar aparmaq üçün bir nümayəndə heyəti ilə Moskvaya səfər etmişdi.

Əl-Əxbar qəzetinin yazdığına görə, Moskvada Hizbullah döyüşçülərinin döyüş meydanında yüksək məharəti, peşəkarlığı, nizam-intizamı, hədəflərə çatmaqda qabiliyyəti olduqca yüksək qiymətləndirib. Rusiya bu səbəblərdən Hizbullah döyüşçülərinin Suriyada əmniyyətin bərqərar edilməsində iştirak etməsini istəyir.