0
Tuesday 6 April 2021 - 22:46

Tehran sanksiyaların ləğvi xaricində heç bir nəticəni qəbul etməyəcək

Story Code : 925713
Tehran sanksiyaların ləğvi xaricində heç bir nəticəni qəbul etməyəcək
Vyanada İran və 5+1 nümayəndələrinin iştirakı ilə HBFP sazişi ilə bağlı Birgə Komissiyanın bugünki iclası artıq sona çatıb. Rəsmi Tehran iclas başlamazdan bir neçə saat öncə bir daha təkidlə bildirib ki, sanksiyaların tamamilə aradan qaldırılması ən önəmli mövzudur.

Vyana görüşündə iştirak edən İran nümayəndə heyətinə yaxın məlumatlı bir mənbə çərşənbə axşamı səhər Press TV-yə bildirib ki, artıq ABŞ-ın İran əleyhinə bütün sanksiyaları ləğv etməkdən başqa yolu qalmayıb!

Adı açıqlanmayan mənbə əlavə edib ki, Vaşinqton İranın HBFP sazişində qeyd olunan öhdəliklərə əməl etməsinin müqabilində, anti-İran sanksiyalarını ləğv etmək məcuriyyətindədir.

Bugünki iclas başa çatdıqdan sonra Rusiya rəsmiləri iclasın uğurlu olduğunu qeyd edib.