QR CodeQR Code

Vyana görüşü ABŞ və İranın HBFP öhdəliklərinə dönməsi ilə sonuclanmalıdır

إسلام تايمز , 6 Apr 2021 23:03

İslamTimes: "Vyanada HBFP sazişi ilə bağlı davam edən nüvə danışıqlarının sonunda İran və ABŞ-ın HBFP sazişində qeyd olunan öhdəliklərinə tam geri dönməlidir"


Fransa Xarici İşlər Nazirliyinin sözçüsü, Vyanada HBFP sazişi ilə bağlı davam edən nüvə danışıqlarının sonunda İran və ABŞ-ın HBFP sazişində qeyd olunan öhdəliklərinə tam geri dönməsinin lazım olduğunu söyləyib.

Fransa Xarici İşlər Nazirliyinin saytında yer alan məlumata görə, Fransa XİN sözçüsü Vyanada davam edən danışıqlar barədə deyib: "Fransa xarici işlər naziri 3 aprel tarixində iranlı həmkarına bildirdiyi kimi, Fransa Vyanada nüvə danışıqlarının bərpasını alqışlayır. Bu müzakirələr tez bir zamanda İran və ABŞ-ın nüvə anlaşmasında qeyd olunan öhdəliklərinə dönməsinə gətirib çıxaracaq bir razılığa səbəb olmalıdır."

Fransa xarici işlər naziri Jan İv Le Drian şənbə günü səhər İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə telefon bağlantısı da yaratmışdı.


Story Code: 925716

News Link :
https://www.islamtimes.org/az/news/925716/vyana-görüşü-abş-və-iranın-hbfp-öhdəliklərinə-dönməsi-ilə-sonuclanmalıdır

Islam Times
  https://www.islamtimes.org