QR CodeQR Code

Rusiyadan xəbərdarlıq: İranla razılaşma olmasa...

7 Apr 2021 09:13

İslamTimes: Mayın sonuna qədər İranın nüvə razılaşmasını bərpa etmək üçün irəliləyiş olmaması tərəflər arasında münasibətlərə əngəl törədə bilər.


Axar.az xəbər verir ki, bunu Rusiyanın Vyana beynəlxalq təşkilatlarındakı daimi nümayəndəliyinin rəhbəri Mixail Ulyanov bildirib.

"Bu il sövdələşməni bərpa etməyin mümkün olacağını istisna etmək olmaz, hətta deyərdim ki, məqsəd buna daha tez nail olmaqdır. Çünki mayın sonuna qədər ciddi bir irəliləyiş olmasa, o zaman yenə də Beynəlxalq Atom Agentliyinin İrandakı yoxlamaları ilə bağlı problemlər olacaq", - Ulyanov qeyd edib.


Story Code: 925773

News Link :
https://www.islamtimes.org/az/news/925773/rusiyadan-xəbərdarlıq-iranla-razılaşma-olmasa

Islam Times
  https://www.islamtimes.org