QR CodeQR Code

Husilər yenidən Səudiyyənin cənubunda hərbi bazaya hücum etdiklərini bildiriblər

7 Apr 2021 10:38

İslamTimes: Husilər Səudiyyə Ərəbistanın cənubunda “Məlik Xalid” hərbi qərargahını PUA-larla hədəfə aldıqlarını bildiriblər.


SalamNews xəbər verir ki, bunu mərkəzi qərargahları paytaxt Sənada yerləşən “Yəmən Silahlı Qüvvələri”nin sözçüsü briqada generalı Yəhya Səri rəsmi tvitter hesabında yazıb.

Bildirilib ki, Səudiyyə Ərəbistanın Xams-Mşit bölgəsində “Məlik Xalid” hərbi hava qərargahı iki ədəd “K-2” pilotsuz təyyarələrilə hədəfə alınıb və hədəflər dəqiq vurulub.

Y.Səri bildirib ki, “bu hücumlar Yəmənin mühasirədə saxlanılması və hava zərbələrinin endirilməsinin dayanmayacağı halda yenə də davam edəcək.”

Lakin Səudiyyə Ərəbistanın hərbi koalisiyası Xams-Mşit istiqamətində atılan kamikadze PUA-larından birinin vurulduğu digərinin isə qarşısının alındığını bildirib.


Story Code: 925784

News Link :
https://www.islamtimes.org/az/news/925784/husilər-yenidən-səudiyyənin-cənubunda-hərbi-bazaya-hücum-etdiklərini-bildiriblər

Islam Times
  https://www.islamtimes.org