QR CodeQR Code

ABŞ hərbi qüvvələrini İraqdan çıxarmaqla bağlı Bağdadla razılığa gəlib

إسلام تايمز , 7 Apr 2021 22:29

İslamTimes: İraqda qalacaq az sayda xarici ölkə hərbçilərinin fəaliyyəti təlim və müşavirə kimi yardımlarla məhdudlaşacaq.


"Middle East Eye" informasiya agentiyinin verdiyi məlumata görə, İraqın müzakirə komandasından olan bir nümayəndə bildirib ki, ABŞ və İraq dövlətləri Amerika rəhbərliyi altında fəaliyyət göstərən koalisiya qüvvələrinin müəyyən olunmuş bir cədvəl əsasında bütünlüklə İraqı tərk etməsi ilə bağlı razılığa gəliblər.

Bundan sonra İraqda qalacaq az sayda xarici ölkə hərbçilərinin fəaliyyəti təlim və müşavirə kimi yardımlarla məhdudlaşacaq.

İraqlı rəsmi bu gün baş tutan müzakirələrdə ciddi irəliləyişlər əldə edildiyini bildirib.

Qeyd edək ki, ABŞ ordusu İraqda rəsmi Bağdaddan icazəsiz, terrorçuluq fəaliyyətləri ilə məşğul olduğundan, ötən il İraq parlamenti ABŞ-dan bu ölkəni tərk etməyi tələb edib.


Story Code: 925910

News Link :
https://www.islamtimes.org/az/news/925910/abş-hərbi-qüvvələrini-iraqdan-çıxarmaqla-bağlı-bağdadla-razılığa-gəlib

Islam Times
  https://www.islamtimes.org