0
Wednesday 7 April 2021 - 22:55

Moskva: ABŞ və İranın işçi qrupları fəaliyyətə başlayıb

Story Code : 925916
Moskva: ABŞ və İranın işçi qrupları fəaliyyətə başlayıb
Rusiyanın Vyanada Beynəlxalq Təşkilatlardakı nümayəndəsi Mixail Ulyanov bu gün verdiyi açıqlamada bildirib ki, sanksiyaların ləğvi və HBFP sazişindəki öhdəliklərə qayıdılması ilə bağlı Amerika və İranın işçi qrupları işə başlayıblar. Ulyanov Twitter mesajında yazıb: "HBFP sazişi ilə bağlı Birgə Komissiyasının qərarına əsasən, ABŞ-ın sanksiyaları ləğv etməsi ilə bağlı və İranın öz öhdəliklərinə tam uyğunlaşması ilə əlaqədar iki ixtisaslaşmış işçi qrup Vyanada fəaliyyətə başladı."

O əlavə edib: "Rusiya hər iki qrupda araşdırılması üçün konkret təkliflər irəli sürüb."

Bu yaxınlarda Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristofer Berger bildirib ki, sazişdə iştirak edən bütün tərəflər ABŞ-ın HBFP razılaşmasına dönməsini və İrana qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməsini tam şəkildə dəstəkləyir və buna nail olmağa çalışır.